21 Dekabr 2022 13:29
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinə iki yeni hakim təyin ediləcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə Naxçıvan Muxtar Respubliaksının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respubliaksının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Qanuna dəyişiklik layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər