23 Dekabr 2022 10:39
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bu da ötən ilə (7 332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103% artım deməkdir.

Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər