Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un xəbərinə görə, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ailəsində anadan olub:
"Təklif edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayaq".
Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.