Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti bu gün peşə bayramı münasibəti ilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü kimi qeyd olunur.