27 Dekabr 2022 12:53
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsil haqqında” qanun qəbul edirik, amma təhsili düzəldə bilmirik.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, orta məktəbdə ibtidai sinifdə oxuyan nəvələrinin çantasını götürə bilmir: “Kitabları nəfis şəkildə nəşr edə bilərlər. Bu məsələ dəfələrlə qaldırılıb. Orta məktəbdə azyaşlı şagirdlərin çantaları belə ağır olmamalıdır. İndi müəllimlərin üzərinə çox düşmüşük. Əslində bu maaşla uşaqlarımıza dərs deyən müəllimlər qəhramandır”.

Onun fikrincə, müəllimləri müəllimlikdən qovublar: “Mən də zorakılığın əleyhinəyəm. Kişi müəllimləri mıəktəbdən qovmaq, çıxarmaq belə olmaz. 30 il iş ştajı olan müəllimləri işdən çıxarırlar. Müəllimləri belə ucuzlaşdırmaq olmaz axı. Elə bilirlər ki, müəllimə hər şey demək olar…”.

Aqil Abbas qeyd edib ki, keçmişdə pis oxuyan nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün ayrıca məktəb olardı: “Ağdamda 5 nömrəli məktəb belələrindən idi. Amma onlar elə tərbiyə alırdı ki, sonradan onların içindən alimlər də, polis rəisləri də çıxdı. İndi şagirdlər müəllimin başına çıxır. Qadın müəllim onu təhqir edən şagirdə şillə vurur və buna körə, hay-küy qopur”.


Müəllif: Nemət

Oxşar xəbərlər