17 Dekabr 2014 11:39
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib.

DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri sabit şəkildə davam edir. Onun sözlərinə dini konfessiyalar arasında heç bir problem yoxdur: “Bu məsələdə vətəndaş cəmiyyətinin də mühüm rolu var. Din sahəsində olan siyasəti daha yaxşı şəkildə vətəndaşlara çatdırmaq niyyətindəyik. Yaxın Şərqdə baş verən hadisələr bu sahəyə daha diqqətlə yanaşmağa vadar edir. Bu mənada vətəndaş cəmiyyətinin bu istiqamətdə rolunu əhəmiyyətli hesab edirik”.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, vətəndaş cəmiyyətində bütün hüquqlar, o cümlədən dini hüquqlar təsbit olunur. Onun sözlərinə görə, Azərbaycan həssas bölgədə yerləşir və sabitliyi pozmağa cəhdlər var: “Bu mənada vətəndaş cəmiyyəti bu sahəyə diqqət ayırmalıdır. Ona görə də qərara gəldik ki, iki dövlət qurumu olaraq əməkdaşlıq çərçivəsində dini sahədə birgə işlər həyata keçirək. BBC və digər beynəlxalq KİV-lərdə İŞİD İslam dövləti kimi təqdim edilir. Halbuki, bu terror qrupunun İslam dininə heç bir aidiyyatı yoxdur. Ona görə də cəmiyyət olaraq buna mövqeyimizi bildirməliyik. Əlbəttə, Azərbaycanda da radikal dini qruplara qoşulanlar var. Biz bu məsələdə də diqqətli olmalıyıq. Hesab edirəm ki, bu gün imzalanacaq əməkdaşlıq memorandumu iki qurumun birgə səmərəli fəaliyyətinə gətirib çıxaracaq”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər