19 Dekabr 2014 11:11
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub.

BMT-nin İnkişaf Proqramından Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində nəzərdə tutulan təlimlər layihənin əsas komponentlərinin məqsədlərinə uyğun hazırlanaraq həyata keçiriləcəkdir.

Layihənin komponentlərinin birinin Azərbaycan və Gürcüstan arasında sərhəd mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş tədbirlərin hazırlanması və tətbiqini nəzərə alaraq, ilk təlimin “Azərbaycan Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Nümayəndələrinin Fəaliyyətinə dair Sazişin Hazırlanması” mövzusunda dekabrın 18-19-da Bakı şəhərində keçirilib.

Təlimdə sərhəd əməkdaşlığına dair ikitərəfli və beynəlxalq sazişlərin hazırlanmasına dair beynəlxalq təcrübə müzakirə ediləcək, belə sazişlərin səmərəliyi və onların icra mexanizmləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbir layihə üzrə tərəfdaş olan Miqrasiya Sisysətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) beynəlxalq ekspertləri tərəfindən keçirilib və Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələri iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər