30 Dekabr 2022 11:52
245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi müzakirə olunaraq təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, onun namizədliyi parlamentin sədri Sahibə Qafarovanın təqdimatı ilə irəli sürülüb.
V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır, hazırda qurumun aparat rəhbəridir.

Komitə sədri Tahir Mirkişili bildirib ki, dövlət büdcəsi böyüdüyü üçün Hesablama Palatasında yeni auditora ehtiyac var.

Məsələ səsə qoyularaq qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər