23 Dekabr 2014 13:39
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

C.Naxçıvanski adına hərbi liseyin 3-cü kurs kursantları tədris ilinin planına əsasən hərbi hissədə olublar.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, kursantlar hərbi hissədə şəxsi heyətin xidmət şəraiti, döyüş texnikası, maddi baza ilə tanış olub və komandanlıqla görüşüblər.

Döyüş texnikası heyətinin hazırlığı məqsədilə yaradılan təlim-məşq trenajorları şəhərciyi ilə tanış olan kursantlar təlimatçıların nəzarəti altında zirehli texnikanın məşq qurğularında praktiki çalışmaları yerinə yetiriblər.

BƏXTİYAR


Müəllif: