“Biz İrana qarşı güzəştə getməməliyik. Çünki İran 30 ildir ki, Azərbaycana qarşı bütün kartlarını açıb”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, İran bizə qarşı müharibə elan edib: "Biz də ona uyğun addımlar atmalıyıq".
Deputat həmçinin təklif edib ki, Azərbaycan-İran paralamentlərarası dostluq qrupu da fəaliyyətini dayandırsın.