1 Fevral 2023 12:11
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tarixi torpaqlar haqqında” qanun layihəsi hazırlanmalıdır.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin komitə sədri Zahid Oruc çıxış edib.

O bildirib ki, adıçəkilən qanun layihəsinin qəbulu zəruridir.

Deputat Fazil Mustafa isə təklif edib ki, “Soydaşlar” haqqında qanun qəbul edilsin. O, buna ciddi ehtiyac olduğunu qeyd edib.

Deputat həmçinin İran məsələsi gündəmdə olduğunu nəzərə alaraq “Dini etiqad azadlığı haqqında” qanuna yenidən baxılmasını vacib sayıb: “Xümus adı altında buradan vergi yığılıb İrana gedir. Eləcə də ziyarət məsələsinə baxılmalıdır. İrana gedən ziyarətçilərin içində kimlərisə seçirlər”.


Müəllif: Nemət

Oxşar xəbərlər