Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əməliyyat şəraitinə uyğun vasitələrindən istifadə etməklə mənzilə eyvandan daxil olaraq qapını açıblar və vətəndaşları köməksiz vəziyyətdən xilas ediblər.