6 Fevral 2023 16:40
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclasında bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Teleqraf.com-un məlumatına görə, bu barədə məlumat verən MSK sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, 61 saylı Nefçala, 65 saylı Saatlı, 90 saylı Ağdaş və 122 saylı Xankəndi seçki dairələrində həlledici səs hüquqlu üzvlərin təyin edilməsi təklif olunur.

Daha sonra o bildirib ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin sədri dünyasını dəyişib. Onun yerinə həlledici səs hüquqlu üzv təyin olunub.

Rövzət Qasımov Azərbaycan Dövlər Aqrar Universitetinin keçmiş rektoru İbrahim Cəfərovun 37 saylı Nizami birinci (Gəncə) dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü semilməsinin təklif olunduğunu bildirib. Qeyd edib ki, İ.Cəfərov 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Kənd təsərrüfatı elmləri doktorudur. Əvvəllər də 37 saylı DSK-da çalışıb və bu sahədə təcrübəsi var.

Məsələ səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, ibrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən ötən ilin sentyabrında azad olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər