7 Fevral 2023 11:52
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.

Diplomatik nümayəndəlikdən Teleqraf.com-a bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.

Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızıdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

Yardımlar Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17 ünvanında toplanır.


Müəllif: Teleqraf.com