8 Fevral 2023 18:42
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində quraşdırılmağa başlanılıb.

Teleqraf.com xəbər verir ki, hazırda konteynerlər TIR-lar vasitəsilə şəhərin Kahramanmaraş Böyükşəhər Bələdiyyəspor klubunun stadionunun ərazisinə gətirilib və burada quraşdırılır.

Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstərəcək.

Mobil səhra hospitalı fəaliyyətə başladıqdan sonra burada zəlzələdən əziyyət çəkən insanlara yardım göstəriləcək.


Müəllif: Teleqraf.com