Xilasedicilər Malatayda dağıntılar altında qalmış 4 tələbənin qaldığı binaya çatıb.
Teleqraf.com xəbər verir ki, onların otağından müxtəlif əşyalar, Quran, Azərbaycan və Türkiyə bayaqları çıxarılıb.
Qeyd edək ki, Malatya şəhərində İnönü Universitetinin tələbələri Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələdən sonra heç bir məlumat yoxdur, onların yaşadığı bina dağıntıya məruz qalıb.
Gündüz Nəzərzadənin otağından tapılan əşyalar:
***
Zəlzələ nəticəsində Malatyada binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrin axtarışları davam etdirilir.
Teleqraf.com axtarış-xilasetmə yerindən görüntüləri təqdim edir: