26 Dekabr 2014 10:16
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenti yanında Elmin İnkişafı Fondunun layihələrindən biri də Azərbaycan alimlərinin xarici ölkələrdə təcrübə keçməsidir. Fondun pilot layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri Mehrac Abbasov və şöbənin böyük elmi işçisi Səidə Şərifova ABŞ-da təlim kursunda iştirak ediblər.

Kurs Azərbaycan ABŞ-ın Kanzas Dövlət Universiteti (KDU) və Kənd Təsərrüfatı Departamentinin “Genotipləşdirmə və Sekvens” laboratoriyasında təşkil olunub. 2014-cü il “Yeni Nəsil Sekvenseri”-nin iş prinsipinin öyrənilməsi məqsədilə həyata keçirilən kursda tədqiqatçılar sekvenserin iş prinsipi, yüksək keyfiyyətli DNT-nin ekstraksiyasından genomun oxunmasına qədər bütün mərhələləri, sekvens üsulu ilə bitki genetik ehtiyatlarında biomüxtəlifliyinin öyrənilməsi metodikasını, o cümlədən nəticələrin bioinformatik və statistik analizi üsullarını mükəmməl öyrənib və Azərbaycan dilində təlimat hazırlayıblar. Səfər müddətində ABŞ-ın Kənd Təsərrüfatı Departamenti və KDU ilə yeni nəsil sekvenseri üzrə əməkşdaşlığın gücləndirilməsi və birgə layihələrin hazırlanması da müzakirə edilib.

2014-cü ildə Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində GEİ-də regionda ilk dəfə olaraq, genomika laboratoriyası yaradılıb və ən müasir yeni nəsil sekvenserləri alınaraq quraşdırılıb. Hazırkı ezamiyyətdə də əsas məqsəd institutda mövcud olan sekvenserlərin işə salınması üçün tələb olunan metod və qaydaları öyrənmək olub.

NİGAR


Müəllif:

Oxşar xəbərlər