17 Mart 2023 12:19
216
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİM imtahanlarda testlərdən istifadə olunması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, DİM təkcə test üsulu ilə imtahan keçirmir:

"Ekspertlər termini düzgün səsləndirmirlər. Biz mərkəzləşdirilmiş imtahan keçiririk. Burada yazı, danışıq, açıq suallar və test sualları yer alır. Burada biliyin qiymətləndirilməsi aparılır və dünyada bu üsuldan istifadə olunur".

M.Abbaszadə sual kitabçalarının abituriyentlərə niyə verilmədiyinə də aydınlıq gətirib:

“Bizim test bankımız kifayət qədər zəngindir və biz bəzi imtahanlardan sonra imtahan suallarını paylayırıq. Lakin DİM tərəfindən müəyyən imtahanlardan sonra bu edilmir. Buna da elmi əsasımız var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər