17 Mart 2023 13:13
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bunu komitə sədri hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı:

“Nazirlər Kabinetindən bu məsələni nəzərə alınmasını xahiş edirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər