23 Mart 2023 11:06
3 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, tanınmış aktrisa, Oqtay Əliyevin həyat yoldaşı Dilarə Əliyevanın istəyi ilə mərhum "Qurd Qapısı" qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün mərhumun yaxınları onun Mehdiabad qəbiristanlığında dəfn ediləcəyini bildirmişdi.

***

23:42

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.

Teleqraf.com xəbər verir ki, mərhumun sənət dostları və qohumları onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.

Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib.

Belə ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


Müəllif: Teleqraf.com