Universitetdə imtahanları internetdən izləmək mümkün olacaq
Dekabrın 29-dan etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2014/2015-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. Bu məqsədlə tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə əsas tədris binasında “Qərargah” yaradılıb.
ADİU-nun Marketinq və Kommunikasiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, ali təhsil müəssisəsində keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin müşahidəçi qismində iştirakı təmin edilib.
Bu gündən etibarən test imtahan zallarında quraşdırılan vebkameralar vasitəsilə prosesləri canlı izləmək mümkündür. “Livestream” saytı (http://www.livestream.com/aseu_test_room?t=56983) üzərindən yayımlanan görüntülər hər bir internet istifadəçisi üçün açıqdır.
İmtahanla bağlı hər hansı sual, təklif və iradların operativ araşdırılması üçün 492 – 60 - 43 nömrəsi və universitetin qaynar xəttinə (146-1-3) müraciət etmək mümkündür.
Məlumatda o da bildirilib ki, kütləvi informasiya vasitələrinin əməkdaşları da imtahan prosesini işıqlandırmaq üçün universitetə dəvət olunurlar.
NİGAR