Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib.
Teleqraf.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, sözügedən piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq.
Xatırladaq ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə K.Rəhimov küçəsində yerüstü piyada keçidinin söküldüyü barədə məlumat yayılıb.