6 saylı cəzaçəkmə müəssisəsindən 10 məhbus azadlığa buraxıldı
Dünən Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası 6 saylı Cəzaçəkmə müəssisəsində də həyata keçirilib.
Pentensiar Xidmətin təşkilat-nəzarət şöbəsinin rəisi idarə rəisi Musa Hümbətov Teleqraf.com-a bildirib ki, əfv sərəncamı ümumilikdə 87 nəfərə şamil edilib. Bunlardan 79-u azadlıqdan məhrum edilən şəxslərdir və onların ailə vəziyyəti nəzərə alınaraq əfv edilib. İdarə rəisi bildirib ki, əfv olunanlar bir daha hüquq qaydasını pozmayacaq, cinayət törətməyəcəklərinə söz veriblər.
Musa Hümbətov daha sonra qeyd edib ki, prezident İlham Əliyevin sərəncamı ilə 2 qadın və 1 Türkiyə vətəndaşı da əfv olunub.
6 saylı cəzaçəkmə müəssisəsində 10 məhkuma əfv bülleteni verilib və onlar azadlığa buraxılıb. Müəssisə rəisi Əli Əmirov bildirib ki, əfv olunan 10 məhkumdan 1-nin ailəsi daha böyükdür. O bildirib ki, Etibar Məmmədoğlu 9 uşaq atasıdır.
Etibar Məmmədoğlu ailə vəziyyətini nəzərə alıb onu əfv etdiyinə görə, prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.
4 saylı cəzaçəkmə müəssisəsində 2 qadına əfv bülleteni verilib və onlar azadlığa buraxılıb.
Hacı Zeynalov