31 Mart 2023 17:57
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) Ucar xidmət sahəsində baş vermiş olayla bağlı sorğularınıza ətraflı cavab vermək imkanı yox idi. Çünki yerli qaz istismarı idarəsi ilə sözügedən idarənin əməkdaşı İlkin Məmmədov arasında yaranmış problem hüquqi müstəvidə araşdırma mövzusu idi. Bu baxımdan verilən açıqlamaların, yayılan informasiyaların məhkəmənin işinə hər hansı bir mümkün təsirini istisna etmək məqsədilə aparılan araşdırmanın nəticəsini gözləməyi uyğun hesab etdik.

Teleqraf.com quruma istinadən xəbər verir ki, İlkin Məmmədovun qanunsuz əməlləri ilə bağlı Ağsu RQİİ-nin Ucar XS tərəfindən “İşçilərin kollektiv surətdə əmək qanunvericiliyini pozması və bu halların qarşısının alınması haqqında” martın 29-da Ucar Rayon Polis Şöbəsinə məktubla müraciət olunub.

Ucar RPŞ tərəfindən İlkin Məmmədov saxlanılaraq barəsində araşdırma aparılıb və İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati icraat başlanıb. Ucar RPŞ tərəfindən martın 30-da qeyd olunan maddələr üzrə tərtib edilmiş inzibati protokol baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.

Ucar Rayon Məhkəməsi tərəfindən İlkin Məmmədov AR İXM-nin yuxarıda qeyd olunan maddələri üzrə təqsirli hesab olunub, hakimin inzibati xəta haqqında iş üzrə 30 mart 2023-cü il tarixli qərarına görə 1 (bir) ay müddətində inzibati qaydada həbs və həbsdən sonra ixtisaslaşdırılmış tibbi müəssisəyə təhvil verilməklə narkomaniyadan məcburi müalicə təyin edilib.

Məsələnin bura qədər gəlib çatmasını, narkotik maddə alüdəçisi olduğunu etiraf edən birinin sosial şəbəkələrdə az qala qəhrəmana çevrilməsi cəhdlərini təəssüf hissi ilə qarşılayır və hər kəsi bir-birinə münasibətdə qarşılıqlı etimada səsləyirik.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər