Yağıntıların qeyri bərabər paylanması uzun çəkən azyağıntılı dövrdən sonra, yağıntının bir gündə aylıq normanı üstələməsi halları, son illərin səciyyəvi tendensiyasına çevrilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev Teleqraf.com-a bildirib ki, aprel ayının iki günü tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşdı, toplam 36 mm- lik miqdarla aylıq norma 152 faizə çatdı ki, bu da son 21 il ərzində ən yüksək göstəricidir.
"Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi".
Xidmət rəisinin sözlərinə görə, regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və
bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir.