Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin tikintisi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu xəttə birləşdirilməsi layihəsinin icrasına başlanılacaq.
Bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəravtoyolservis” Qapalı Səhmdar Cəmiyyətinin Gürcüstan filialının rəhbəri Qurban Piriyev deyib.Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır.
Bu ilin sonuna yolun Türkiyə hissəsinin də tikintisi başa çatdırılacaq. Lakin yolun ümumi tikintisi bununla bitməyəcək. Naxçıvan Muxtar Respublikasının bu yola qoşulması nəzərdə tutulub. Bu layihə Naxçıvanın iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq.