28 Aprel 2023 16:33
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin bağlanış mərasimi baş tutub.

Bu barədə Teleqraf.com-a MEDİA-dan məlumat verilib.

Bağlanış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu qeyd edərək vurğulayıb ki, bu kimi təlimlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında media sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlərə münasibətdə həmrəy informasiya müstəvisinin yaradılmasına, həmçinin media sahəsində yeni trendin başlanğıcına töhfə verəcəkdir.

Bir həftə davam edən proqram çərçivəsində jurnalistlər və media mütəxəssisləri üçün ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva, xarici ekspert Ornella Ramasauskaite, “ASAN Radio”nun direktoru Emin Musavi, Ankara Universitetinin Kommunikasiya fakültəsinin dekan müavini Şafak Dikmen, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, əməkdar jurnalist Rəhman Hacıyev tərəfindən “Müasir qlobal media trendləri”, “Media-kommunikasiya”, “Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi”, “Ənənəvi medianın çətinlikləri və imkanları”, “Sosial media alətləri ilə işləmək”, “Çap mediasında ənənəvi medianın çətinlikləri və imkanları” və s. kimi mövzularda təlimlər keçirilib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər