SOCAR "Azəriqaz" İB-nin növbəti “Açıq mikrofon” aksiyası Şəkidə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, aksiya mayın 1-də saat 11:00-dan 12:00-dək Şəkinin Aran kəndində baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq, qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə dilə gətirə bilərlər.