Paytaxt Bakının ərazisində dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. İnzibati qaydada saxlanılan 78 nəfər barəsində hüquqi prosedurlar çərçivəsində müvafiq tədbirlər görülüb.
Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dilənçiliklə məşğul olduqları üçün Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı), Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən isə 6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılıb.
Onlara xəbərdarlıq edildikdən sonra müvafiq olaraq yaşadıqları Xızı və Yevlax rayonlarına göndəriliblər.