Bu il 33 min 135 nəfər müəllim sertifikatlaşdırmaya cəlb olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Elm və Təhsil naziri Emin Əmirullayev deyib.
Nazir qeyd edib ki, həmin müəllimlərdən 5 min 290-ı 60 yaş üzərindədir: "Həmin 60 yaş üzəri müəllimlər uğur qazanmırsa, əmək müqaviləsinə xitam verilmir".
Nazirin sözlərinə görə, 5 min 881 nəfər tərbiyəçi müəllimin məktəqəbər təhsil sahəsi ali və orta ixtisas təhsilli olmadığı müəyyən edilib: "Bizim niyyətimiz hansısa müəllimin maaşını kəsmək deyil. Müəllimin təhsili orta ixtisas təhsilidirsə, ona uyğun əməkhaqqı alacaq. Tərbiyəçi müəllimlərin əmək haqlarının diplomlara uyğunlaşdırılması həyata keçirilir. İxtisasartırma və yenidən hazırlanmaq nəzərə alınmaqla əmək haqqı artımına baxıla bilər".
O bildirib ki, qanunvericiliyə dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 mindən çox pedoqoji heyətin sertifikasiyadan keçməsi nəzərdə tutulur.