3 İyun 2023 10:36
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda “Göyərçin” parkı ərazisində qanunsuz tikintinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.

Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər