3 İyun 2023 12:33
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala Magistral Kanalı nasos stansiyası hazırda su ehtiyatlarından səmərəli istifadə olunmasında önəmli rol oynayır.

Bu barədə Teleqraf.com-a Meliorasiya və Su Təsərrüfatı ASC-dən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir:

"Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi də belə layihələrdəndir. Bu da göstərir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən “Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. 24 sentyabr 2017-ci ildə Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Neftçala Magistral Kanalı nasos stansiyası 8 aqreqatlı 2 ədəd üzən nasos stansiyalarından ibarətdir. Nasos stansiyasının ümumi məhsuldarlığı 14,4 m3/san, ümumi gücü 5040 kvt, beton üzlüklü beton kanalın uzunluğu 24,9-kmdir. Neftçala Magistral Kanalı altında olan 20205 hektar əkin sahəsinə xidmət edir. Baxış keçiriləcək 5-ci məntəqə: Kürün əsas qolunda suaşıran bənd - Kürün əsas qolunda suaşıran bəndin uzunluğu 350,0 m, eni 16,0 m, hündürlüyü 4,5 m-dir. Bəndin tərkibi çınqıl-çaqıl daş tökmədən ibarətdir, su ötürmə qabiliyyəti isə (layihə üzrə) 735 m3/san-dir. Cari ildə faktiki keçən su (təxmini) 100-120 m3/san-dir.

Kür çayının aşağı axınında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər 25.10.2022 - ci ildə işə başlanılıb, 05.01.2023 - cü ildə yekunlaşıb".


Müəllif: Teleqraf.com