6 İyun 2023 17:01
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 may-2 iyun tarixlərində ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı və Enerji Departamentinin Sandia Milli Laboratoriyasının təşkilatçılığı ilə kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması mövzusunda məşğələ keçirilib.

FHN-dən Teleqraf.com-a veriln məlumata gprə, “JW Marriott Absheron” otelində keçirilmiş məşğələdə amerikalı mütəxəssislər - ABŞ Sandia Milli Laboratoriyasının eksperti Sara Besk və “Camp MMC” şirkətinin eksperti Noelli Kamp kütləvi qırğın silahlarının tətbiqi, əldə olunması və yayılmasına dair məhdudiyyət və qadağalarla bağlı beynəlxalq qanunvericilikdən söz açıb, eyni zamanda bu silahlarının yayılmasınını qarşısının alınması üçün effektiv mübarizə tədbirlərindən bəhs ediblər.

Tədbirdə digər dövlət qurumları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin də məsul əməkdaşları iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər