14 İyun 2023 13:09
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov əməliyyat olunub.

Teleqraf.com xəbər verir ki, Nizami Məmmədov Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyat keçirib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə məlumatı təsdiqləyib.

O bildirib ki, müvəkkili əməliyyatdan sonra Pentensiar Xidmətin Müalicə müəsisəsinə yerləşdirilib:

“Nizami Məmmədov xəstəxanada anjoqrafiya olunub, damarlarında 80 faizdən artıq tutulma olduğuna görə stend qoyulub, eyni zamanda ürəyin ritm pozğunluğuna görə ablasiya əməliyyatı olunub. Hazırda həkim nəzarətindədir”.

Qeyd edək ki, Nizami Məmmədov ötən ilin martında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.


Müəllif: Hacı

Oxşar xəbərlər