7 Yanvar 2015 14:33
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur “91-lər”dən biri, YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralovun nəşi yanvarın 8-də Almaniyadan Bakıya gətiriləcək.

Bu barədə Publika.az-a mərhumun yaxınları məlumat verib.

Məlumata görə, hazırda mərhumun həyat yoldaşı və oğlu İlqar Qaralov Almaniyadadır.

Xatırladaq ki, Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisi olan Zahid Qaralov Almaniya xəstəxanalarından birində dünyasını dəyişib. Bu barədə “Report”a onun yaxınları məlumat verib.


Müəllif: