Britaniya universitetləri azərbaycanlı tələbələr arasında ən populyardır.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bu il hər iki ölkə, xüsusən də ikitərəfli münasibətlər üçün bir çox hadisələrlə yadda qalıb: “Ötən müddət ərzində Kraliça II Yelizaveta vəfat edib, yeni monarxın tacqoyma mərasimi keçirilib. Bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyada rəsmi səfərdə olub”.
Səfir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mühüm səviyyəsini də qeyd edib: “Böyük Britaniya azərbaycanlı tələbələr üçün prioritet ölkədir”.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi sahəsində iki ölkə arasında əməkdaşlığı şərh edən F.Auld qeyd edib ki, bu ilin əvvəlindən Böyük Britaniyanın yardımı 1 milyon funt-sterlinqi keçib: “Bundan əlavə, 22 Azərbaycan hərbçisi Böyük Britaniyanın dəstəyi ilə təlim keçib”.