8 Yanvar 2015 14:11
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin bəyan etdiyi kimi hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır”.

Teleqraf.com-un məlumatına görə, bu fikri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, ölkədəki sürətlə inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd tədricən ictimai şüurda getdikcə möhkəmlənərək milli ideyaya çevrilir. Onun sözlərinə görə, bu gün hər bir azərbaycanlı ölkəmizi abad, müasir, inkişaf etmiş görmək istəyir.

“Bu da milli ideyanın əsas prioritetləri kimi qəbul olunur. Ölkə başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında sərəncamı bunun bariz nümunəsidir. Bu sənəd deməyə əsas verir ki, ölkə başçısı uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin edib. Konsepsiya 2020-ci ilədək Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını hədəfləyir” – deyə, A.Mustafayeva vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər