Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə “Sabirabad” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində baş verib. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas edilib.