Axşam saatlarından yağan qar Bakı-Sumqayıt yolunda hərəkəti iflic edib.
Belə ki, səhər saatlarında paytaxta gəlmək istəyən Sumqayıt sakinləri çətinliklə üzləşiblər.
Sumqayıtda olan əməkdaşımızın verdiyi məlumata görə, Bakı- Sumqayıt yolunun Ceyranbatan hissəsi tamamilə buz bağladığından avtobusların hərəkəti çətinləşib. Bu səbəbdən Sumqayıtda avtobus qıtlığı yaşanıb. Taksi ilə işə getmək istəyənlər də yarı yoldan geri qayıtmalı olublar.
Demək olar ki, heç bir marşrut mənzil başına çata bilməyib. Gündəlik adambaşı 1 manata Sumqayıtdan Bakıya gələn taksilər qarlı hava şəraitindən istifadə edərək qiymətləri qaldırıblar. Bu isə sərnişinlərin narazılığına səbəb olub.
AzVision.az