13 İyul 2023 11:59
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkeni Laçın buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, Blinkenlə telefon danışğı zamanı dövlət başçısı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər