18 İyul 2023 20:45
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində Babək şəhərinin baş planı hazırlanacaq.

Teleqraf.com xəbər verir ki, Babək şəhərinin 4 küçəsi, C.Məmmədquluzadə, Məmməd Səid Ordubadi, H.Cavid, M.Hüseynzadə küçələrində quruculuq işləri başa çatıb.

Məhəllələrin hər birində yollar ən müasir standartlar əsasında yenidən qurulub, səkilər salınıb, hasarlar üzlənib və boyanıb, işıqlandırma sistemləri qurulub. Sözügedən ərazilərdə yolların kənarlarında ümumilikdə 1 315 metirlik su kanalları salınıb, divarlar boyanıb, piyada keçidləri salınıb, müvafiq yerlərdə tramplinlər yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər