Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-dan Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 3 yanvar və 5 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.