25 İyul 2023 12:21
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 243,6 milyon manat kredit verilib.

Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu, ötən illin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5 % artaraq 211,8 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 7,7 % artaraq 140 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 43,8 milyon manata düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər