11 Yanvar 2015 17:39
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Məzahir Süleymanzadə və Şakir Yaqubovun “Qara Yanvar dialoqu” adlı kitabı çapdan çıxıb.

APA-nın xəbərinə görə, 1990-cı il 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş kitab Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunub.

Kitabın məsləhətçiləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Musa Qasımlı, redaktoru isə Yusif Kərimovdur. Kitaba hadisələrin şahidləri, müəlliflərin xatirələri, indiyədək dərc olunmamış materiallar daxil edilib.

Qeyd edək ki, kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub.


Müəllif: