Yeraltı təkanların olacağı ilə bağlı bildiriş mənim də telefonuma gəldi. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Zəlzələ Türkmənistanda baş verib. Onun Azərbaycana nə təsiri ola bilər?!.
Bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
O bildirib ki, Türkmənistan seysmik bölgədə yerləşir: "Alp-Himalay qurşağının davamı Sakit okean kənarına kimi gedib çıxır. Türkmənistanda həmişə güclü zəlzələlər olub. 1948-ci ildə Aşqabadda 9-10 ballıq təkanlar olub. Belə deyim də yaranıb, Aşqabad batan kimi batdı...".