24 Avqust 2023 12:33
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti "Bakı Metropoliteni" QSC-nin Eskalator Xidmətində "Bakı Metropolitenində yanğın təhlükəsizliyi qaydaları" və "Yanğınsöndürmə vasitələrinin növləri və istifadə qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Eskalator Xidmətinin əməkdaşları iştirak edib.

Tədbirdə metropolitendə yanğın təhlükəsizliyinə dair tələblər və bu tələblərin təmin olunmasının vacibliyi, həmçinin yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, elektrik təsərrüfatında yanğın törədə biləcək səbəblərin aradan qaldırılması üçün metropolitenin yerüstü və yeraltı obyektlərinin və inzibati binalarının elektrik şəbəkələri, elektrik qurğuları, cihaz və avadanlıqlarının “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə cavab verməsinin əhəmiyyəti aidiyyəti şəxslərin nəzərinə çatdırılıb.

FHN DYNX-nin əməkdaşları tərəfindən tədbirdə, həmçinin baş verə biləcək fövqəladə hallar zamanı atılacaq zəruri addımlar, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani izah edilib, suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər