11 Sentyabr 2023 12:08
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yakutiyanın Dövlət Məclisinin - İl Tümen xalq deputatlarının seçilməsi prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Yakutiyannın Xanqalas Ulusunda deputat seçilməsi uğrunda 4 namizədin arasından Xanqalas ukusunun 17 kəndi həmyerlimiz Əliş Məmmədov Zabit oğlunu İl Tümenə 4-cü çağırış deputat seçib.

Maraqlısı odur ki, “Edinaya Rossiya” partiyasından deputatlığa namizədliklərini verənlər arasında və həm də seçki siyahısı üzrə Əliş Məmmədov ən çox səs toplayıb. 35 nəfər seçilən deputatl arasında Əliş Məmmədov 82,60% səs çoxluğu ilə seçilib.

Əliş Məmmədov 10 fevral 1958-ci ildə Şəkinin Oraban kəndində doğulub. 1989-cu ildən "YakutSement"in baş direktorudur.

Soydaşımız Saxa (Yakutiya) Respublikasının Əməkdar inşaatçısı, respublikanın (habelə Xanqala rayonu və Moxsoqolloh qəsəbəsinin) fəxri vətəndaşıdır. Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə, o cümlədən Saxa Dövlət Mükafatına layiq görülüb. Soydaşımız Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər