14 Sentyabr 2023 12:41
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən yolumuz Kliniki Tibbi Mərkəzə düşdü. Ad dəyişilsə də, qalan hər şey yerli yerindədir. Həyatımda ilk dəfə təcili yardımdan xəstənin qaçdığını orada gördüm. Adam içəridə hansı münasibəti görmüşdüsə, halsız vəziyyətdə olsa da, özünü qapıdan çölə atdı. Sonra həkimlər çıxıb xəstəni axtarmağa başladılar”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri jurnalist Çingiz Səfərli sosial mediada qeyd edib.

Jurnalist iddia edir ki, sözügedən klinikada “açıq bazar” davam edir: “İkinci bir məsələ “açıq bazar”ın hələ də qalmasıdır. Deməli, təcili yardıma gələn xəstəni müayinə edirlər. Ardınca birinci tibb bacısı gəlir və "hörmət" istəyir. 5 manat verib yola salırsan və deyir ki, bir azdan da həkim gələcək. Normalda belə pul istəyənləri acılayıram, amma düz kameranın altında istədi və kameraların çəkdiyini deməyimə baxmayaq, "fərqi yoxdur" deyə, cavab verdiyi üçün ovcuna 5 manat basdım. Çıxanda da həkimə 10 manat verdim. Vəziyyət belədir...

Buna rəğmən də hər gün "səhiyyəmiz inkişaf edir, ay mütəxəssislərimiz elədir, belədir" tipli açıqlama verirlər. Bu da TƏBİB və onun xəstəxanalarda yaratdığı şərait. Kliniki Tibbi Mərkəz hələ bunların ən yaxşısıdır guya... Təcili yardıma xəstə gəlir, birinci xəstə ilə maraqlanmaqdansa, deyirlər ki, əvvəlcə gedib adını qeydiyyata salın, sonra gəlin. Belə xidmət olar?”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər