17 Sentyabr 2023 14:57
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

"30 il ərzində 3900-ə qədər vətəndaşımız itkin düşmüş kimi qeydiyyatdadır".

Teleqraf.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

Həbib Mikayıllı bildirib: "Onlardan 6 nəfəri Vətən müharibəsi nəticəsində itkin düşüb. Etibarlı mənbələrə əsasən deyə bilərik ki, itkin düşmüş şəxslər uzun illər ərzində ağır işgəncələrə məruz qalıb, kütləvi məzarlıqlarda dəfn olunub. İndiyə kimi 10 kütləvi məzarlıq aşkarlanıb. Minalar, təəssüf ki, bu məsələ ilə bağlı da səylərimizə mane olur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər