İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsinin “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, 2014-cü il qonşularla əlaqələrin inkişafında rəsmi Tehran üçün uğurlu olub.
Teleqraf.com-un məlumatına görə, səfir deyib ki, digər qonşu ölkələrlə yanaşı Azərbaycan və Rusiya ilə əlaqələr inkişaf etdirilib. Qəzvin-Rəşt-Astara dəmir yolu xəttindən söz açan M.Pakayin bu yolun İranın, Azərbaycanın və Rusiyanın iqtisadi inkişafına təkan verəcəyini diqqətə çatdırıb.
İranlı diplomat qeyd edib ki, ötən il hər üç dövlət Qəzvin-Rəşt-Astara dəmir yolu xətti vasitəsi ilə dəmir yolu sistemlərini birləşdirmək haqqında razılıq əldə ediblər. Gələn il yolun çəkilişi işləri daha da sürətləndiriləcək.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xətti İrandan başlayaraq, Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Avropaya qədər uzanacaq.
Səxavət